Channel BannerChannel Banner
r6518pWLBiEr6518pWLBiE

Experiment OK - Aman yar (Azerbaijan Rock)

969
Socialcounts.Org
Enter Fullscreen (f)
44
likes
6
comments
daily view 0
monthly view 0

Share

Live Analytics

Comments 0

Experiment OK - Aman yar (Azerbaijan Rock) Analytics Table

Income Estimates for Experiment OK - Aman yar (Azerbaijan Rock)

Based on this YouTube video's total view count of 969 views and industry-standard rates, the estimated total earning is $1 - $2 through ad revenue. Historical data is not yet available to calculate daily, weekly, or monthly averages.

About Experiment OK - Aman yar (Azerbaijan Rock)

Explore Experiment OK - Aman yar (Azerbaijan Rock) with 969 views, 44 likes, and 6 comments. Experience the impact of this video content that has captured audience attention.

Experiment OK - Aman yar (Azerbaijan Rock) Eksperiment OK — 1960-1970-ci illərdə fəaliyyət göstərmiş Azərbaycanın ilk peşəkar rok qrupu Qrupun tarixi 1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, "Eksperiment OK" qrupu yaranır. Yeni yaranan qrup Mahmud Kərimov (ritm gitara), Azər Kərimov (vokal, zərb alətləri) Mark Vaynbrand (solo gitara), Harri İşxanov (bass gitara), Eldar Mansurov (pianino), Elxan Şıxəliyev (saksofon), Natiq (truba), müğənnilər Eldar Axundov və Sofiya adlı gənc qızdan ibarət olur. Qrup bu tərkiblə cəmi bir il fəaliyyət göstərir. Sonradan bəzi üzvlər qrupu tərk edir və Azər Kərimov, Mark Vaynbrand, Harri İşxanov Oqtay Kazımovun başçılığı ilə Tibb Universitetinin tərkibində fəaliyyət göstərir. Az sonra Azər Mehdiyev (orqan) də onlara qoşulur və qrup bu tərkiblə tanınıb sevilir. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb: Qrup 1970-ci il Azərbaycan Dövlət Universitetinin 51 illiyi münasibətilə təşkil olunan rok festivalında Cimmi Hendriksin "Hey Joe" mahnısını ifa edərək ikinci yerə sahib olur. Bu, onların böyük səhnəyə ilk çıxışı idi. Qrup 1973-cü ildə "Qızıl Payız" festivalında, 1974-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında çıxış edir. 1975-ci ildə isə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) sirkdə təşkil etdiyi pop festivalında "Aşıqlar" və "Eksperiment OK"dan başqa bu və ya digər formada rok və pop ifa edən 20-dən çox qrup iştirak edir. "Eksperiment OK" bu festivalda bir neçə uğura imza atır. Azər Kərimov festivaldan sonra demişdir: "Festival üç gün davam etmişdi. Birinci gün Azərbaycan xalq və bəstəkar mahnıları, ikinci gün xarici mahnılar ifa olundu. Üçüncü gün keçirilən mükafatlandırma mərasimində isə bizə yenidən çıxış etməyi tapşırdılar. Bu, bizə çox böyük sürpriz oldu, çünki festivalda ikinci yer tutmuşduq. Bundan başqa, festivalda Oqtay Kazımovun ifa etdiyimiz "Qəriblik" mahnısı ən yaxşı mahnı seçildi. Mən isə vokalistlər arasında ən yaxşı vokalist və zərb alətlərində birinci seçildim. Bir festivalda 4 mükafat almaq bizim üçün əsl xoşbəxtlik idi". "Eksperiment OK" 1976-cı ildə "Qızıl Payız", "Bizim dağlar", "Gəmi", 1981-ci ildə isə "Çoban-bayatı", "Qəriblik" və "Dağlar" mahnıları ilə televiziyada çıxış edir. "Aşıqlar" qrupu ilə müvəffəqiyyətlə rəqabət aparan "Eksperiment OK" təəssüflər olsun ki, o dövr üçün unikal olan təcrübəni sonradan davam etdirmədi. Artıq ajiotaj sönmüşdü. Azər Kərimov bunun səbəbini belə izah edir: "70-ci illərin əvvəlində yaranan qruplar özfəaliyyətdən çıxmışdılar. Bizə peşəkar səhnələr lazım idi. Ya sən bu sənətdən pul qazanmalı idin, ya da öz peşənin dalınca getməli idin. Çoxları öz peşəsini seçdi və öz işlərinin dalınca getdi. Artıq Komsomol Komitəsi də festivallar keçirmirdi". "Eksperiment OK" qrupundan sonra 1971-ci ildə "Məşəl" qrupuna keçən Eldar Mansurov deyir ki, elə həmin il Bakıda - "Yaşıl Teatr"da ikinci "Qızıl Payız" festivalı keçirildi və bu festivalda "Məşəl" qrupu diplomantlardan biri oldu: "Bizim qrupda musiqiçilərdən – violin çalan Fərivər, gitarada Mübariz, basda Volodya, zərb alətlərində Nasir, orqanolada isə mən idim. Müğənnilərimiz Bijən Əlizadə və İsmayıl Abdullahi idi. Ansamblın repertuarı əsasən bəstəkar və Azərbaycan xalq mahnılarından ibarət idi. İndiyə kimi yadımdadır, festivalın ikinci günü biz "Çal, oyna" xalq mahnısını ifa edirdik, işıqlar düz üç dəfə sönüb, sonra isə yenidən yandı. Biz hər dəfə mahnını yenidən ifa etməli olurduq. Sonuncu dəfə bizim qrup səhnəni tərk etdi və qərara aldıq ki, işıqlar düzəlməyənə qədər səhnəyə çıxmayacağıq. Nə isə, təşkilatçılar gəlib bizim qrupdan üzr istədilər və bu hadisənin bir daha təkrarlanmayacağını dedilər. Biz səhnəyə qayıtdıq, pis də ifa etmədik, amma sözün düzü, artıq o həvəs qalmamışdı. Onu da deyim ki, belə hallar bu müsabiqələrdə ara-sıra başqa qruplarla da baş verirdi". Eldar Mansurov bu festivaldan sonra bir neçə ay da "Məşəl"in tərkibində bir çox konsertlərdə iştirak edir. Lakin sonra estrada musiqisi ilə məşğuliyyətinə son qoyur. Çünki həmin il Asəf Zeynallı adına Musiqi Texnikumunun sonuncu kursunda oxuyurdu və fortepiano ixtisası üzrə dövlət imtahanına hazırlaşmalı idi. Və beləcə, qrup üzvlər qrupdan yavaş-yavaş ayrılmağa başlayır. Mahmud Kərimov öz ixtisasına qayıdaraq təhsilini davam etdirir. O, 2001-ci ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmışdır. Radio Active Jazz & Rock Facebook: https://www.facebook.com/azradioactive #radioactive #azerirock #azrock #azerbaycanrock #azerirock

About YouTube Real-Time View Count

With SocialCounts.org’s view counter, track your YouTube video’s live view count and YouTube likes count in real time with fast, reliable updates.

Watch every YouTube video live view count rise with our real-time YouTube views tracker—built for accuracy and minimal delay.

Follow YouTube real time views as they happen, using our dedicated view counter for YouTube videos.

Get up-to-date live view count on YouTube and see real-time growth with SocialCounts.org’s smart tracking tools.

Embed Widget

Parameters:

  • fullscreen=true - Fullscreen counter
  • graph=true - Live graph chart
  • counter=0/1/2 - Select counter (0=likes, 1=views, 2=comments)
URL

Click to copy the embed URL to your clipboard